Startapların vergiyə cəlb olunması müzakirə edilib

Startapların vergiyə cəlb olunması müzakirə edilib
  28 Mart 2019    Oxunub:1465
Vergilər Nazirliyində Avropa İttifaqının TAIEX institusional quruculuq aləti çərçivəsində "Startapların vergiyə cəlb olunması" mövzusunda ekspert missiyası tədbiri keçirilir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, üç gün davam edəcək tədbirdə Macarıstan Maliyyə Nazirliyinin Gəlir vergisi və sosial ödəmələr departamentinin vergi hüququ üzrə mütəxəssisi Virag Liptak, Vergi siyasəti və beynəlxalq vergitutma departamentinin əməkdaşları Katalin Horvat və Nandor Marmolı startapların vergiyə cəlb olunması, ekosistemi, inkişafı kimi ayrı-ayrı sahələr üzrə təcrübələr barədə məlumat verəcək, eləcə də startapların vergiyə cəlb olunması istiqamətləri barədə təqdimatlar edəcəklər.

Ekspert missiyasının məqsədi sadələşdirilmiş vergitutma təcrübəsinin əldə olunmasına, vergi öhdəliklərinin dəqiq və vaxtında qiymətləndirilməsinə yardım etməkdir. Tədbir iştirakçıları 2020-ci ilədək Avropa sahibkarlıq ekosistemində görmək istədikləri innovativ yeniliklər, layihələr barədə təqdimatlarla çıxış edəcəklər.

Azvision.az


Teqlər: Vergi  





Xəbər lenti