“Azeri Light” 68 dollardan baha satılır

  29 Mart 2019    Oxunub : 694
“Azeri Light” 68 dollardan baha satılır
Dünya birjalarında neftin qiyməti bahalaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,35 dollar artaraq 68,17 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,34 dollar bahalaşaraq 59,65 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,94 dollar ucuzlaşaraq 68,52 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft