“15 ildə 230 milyard dollar investisiya yatırılıb” - Səfər Mehdiyev

  29 Mart 2019    Oxunub : 1125
“15 ildə 230 milyard dollar investisiya yatırılıb” - Səfər Mehdiyev
Son 15 ildə Azərbaycanda aparılan uğurlu islahatlar nəticəsində ölkə iqtisadiyyatına 230 milyard ABŞ dollarından artıq investisiya yatırılıb.
Azvision.az xəbər verir ki, bunu “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfransda çıxış edən Dövlət Gömrük komitəsinin sədri Səfər Mehdiyev deyib.

DGK sədrinin sözlərinə görə, bunun 50%-ə qədəri xarici investisiyalardır: "Sevindirici haldır ki, aparılan uğurlu investisiya siyasəti nəticəsində xarici investisiyaların həcmi 110 milyard dollardan artıqdır".

S.Mehdiyev, həmçinin deyib ki, bütün dövlət qurumları gələcək risklərin müəyyən edilməsi və onun təsirlərinin aradan qaldırılması üçün işlər aparır.

Aytən Zəhra
Azvision.az

Teqlər: DGK   Səfər-Mehdiyev