Nazir Lənkəranda vətəndaşları qəbul edib

Nazir Lənkəranda vətəndaşları qəbul edib
  30 Mart 2019    Oxunub:2411
Bu gün vergilər naziri Mikayıl Cabbarov Lənkəran şəhərində 6 saylı Ərazi Vergilər Departamentinin inzibati binasında vətəndaşları qəbul edib.
Vergilər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qəbulda Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Beyləqan, Ağcabədi, İmişli, Füzuli, Laçın və Xocavənd rayon sakinləri iştirak edib.

Qəbulda vətəndaşlar, əsasən, yaranmış vergi borcları, vergi orqanlarında işlə təminat, vergi uçotunun aparılması və e-qaimələrin tətbiqi, kənd təsərrüfatı məhsullarının ixracı və vergi inzibatçılığı sahəsində qarşılaşdıqları məsələlərlə əlaqədar müraciət ediblər.

Vətəndaşların müraciətləri dinlənilib və Nazirliyin struktur bölmələrinə aidiyyəti tapşırıqlar verilib.

Azvision.az



Teqlər: Vergilər-Nazirliyi  





Xəbər lenti