Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
  01 Aprel 2019    Oxunub:1377
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nzirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan Azvision.az -a verilən məlumata görə, gün ərzində arabir yağış yağacağı gözlənilir. Gecəyə doğru bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti təşkil edəcək.

Azvision.az


Teqlər: Hava   ETSN  





Xəbər lenti