Azərbaycana gələn əcnəbilərdən 173,6 milyonluq əməliyyat

   Azərbaycana gələn əcnəbilərdən 173,6 milyonluq əməliyyat
  01 Aprel 2019    Oxunub:1996
Yanvar-fevral aylarında Azərbaycana 152 ölkədən 364,2 min və ya ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Azvision.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na istinadən xəbər verir ki, iki ayda Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 173,6 milyon manat təşkil edib. Fevralda aparılan əməliyyatların məbləği isə 85,3 milyon manat olub.

Azvision.az



Teqlər: Statistika   Əcnəbi  





Xəbər lenti