“Quş qripinə” görə ölkədə epizootik vəziyyət sabitdir
"Hazırda respublikada “quş qripi” xəstəliyinə görə epizootik vəziyyət sabitdir. Bu sabitliyin təmin edilməsi istiqamətində Dövlət Baytarlıq Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən mütəmadi olaraq həm ölkə ərazisində müvəqqəti məskunlaşan köçəri, həm də ev və sənaye quşları arasında monitorinqlər aparılır.
Dövlət Baytarlıq Xidməti əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edir ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın. Həmçinin heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və s.) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılsın.
Dövlət Baytarlıq Xidməti aparılan monitorinqlərin nəticəsinə əsasən bildirir ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirləri davam etdirir".
Azvision.az
Teqlər: KTN Baytarlıq Quş-qripi