Azərbaycanda 50 mindən çox insan peyvənd olunub

   Azərbaycanda 50 mindən çox insan peyvənd olunub
  02 Aprel 2019    Oxunub:1973
Bu günə olan məlumata əsasən respublika ərazisində 50 mindən yuxarı şəxs qızılca və məxmərəyə qarşı peyvənd olunub.

Bu barədə Azvision.az -a açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.
Onun sözlərinə görə, təmizləyici immunlaşdırma tədbirləri iki ay-mart və aprel ayları ərzində həyata keçiriləcək: “Gigiyena və epidemiologiya mərkəzləri tərəfindən nəzarət təmin edilir. Peyvənd aparılan iri tibb müəssisələrində gündəlik nəzarət təşkil olunur. Əhali müraciət edir və yüksək səviyyədə təmizləyici immunlaşdırma tədbirləri aparılır”.

A.Əliyeva qeyd edib ki, peyvənd əsasən 20-40 yaş arası insanlara vurulur: “Buna baxmayaraq, 20 yaşına qədər vaxtilə peyvəndi olmayan və ya təqvimə uyğun tam peyvəndi olmayan (2 peyvəndini almayan və ya birini alan, birini almayan) şəxslər də müraciət edir və qızılca və məxmərəyə qarşı peyvənd olunur”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Səhiyyə-Nazirliy   Məxməri  





Xəbər lenti