Qazaxıstan Azərbaycan istehsalı olan silahlarla maraqlanır
Görüşdə Qazaxıstanın Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən müdafiə təyinatlı məmulatlara və xidmətlərə maraq göstərdiyi qeyd olundu.
Tərəflər iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın vacibliyini vurğuladılar, sahə üzrə əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi və perspektivlərinə dair geniş fikir mübadiləsi apardılar. Sonda müzakirə olunan məsələlərlə bağlı işçi qrupun yaradılmasına dair razılığa gəldilər.
Görüşdə Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi polkovnik Kahir Tezekbayev iştirak edirdi. Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin Elektron Hesablayıcı Maşınlar zavodunda təşkil olunmuş hərbi təyinatlı məmulatların sərgisinə də baxdı.
Azvision.az