Sahibkarlara pul verilməsi üçün qaydalar hazırlanır - “Diqlas” olayı

  Sahibkarlara pul verilməsi üçün qaydalar hazırlanır -    “Diqlas” olayı
  02 Aprel 2019    Oxunub:2980
Bakı şəhərinin Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzində baş vermiş yanğından zərər çəkən sahibkarlara maddi yardım göstərilməsi ilə bağlı qaydalar hazırlanır.

Bu barədə Azvision.az -a açıqlamasında İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev bildirib.
O deyib ki, qaydalar təsdiq olunduqdan sonra sahibkarlara maddi yardım göstəriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Diqlas   Yanğın  





Xəbər lenti