20-ə yaxın sahibkar ticarət obyekti ilə təmin olunub

  02 Aprel 2019    Oxunub : 1112
20-ə yaxın sahibkar ticarət obyekti ilə təmin olunub
Yanğından zərər çəkmiş sahibkarlar ticarət mərkəzlərində müvafiq yerlə təmin olunublar.
Azvision.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 8 ticarət mərkəzi təklif olunub.

Artıq 20-ə yaxın sahibkar 5 ay icarə haqqı ödənilməmək şərti ilə “Aygün” və “Sədərək” ticarət mərkəzlərində, Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ticarət obyektləri ilə təmin olunub. Sahibkarların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir.

Azvision.az

Teqlər: Nazirlik   Diqlas