Nazirliyə məxsus binada yanğın olub - Yenilənib
Yanğın nəticəsində Mədəniyyət Nazirliyinə məxsus ümumi sahəsi 378 m2 olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin yerləşdiyi üçmərtəbəli binanın 3-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 50 m2 sahədə, digər otağın və dəhlizin tavanı 20 m2 sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 08:32 dəqiqədə söndürülüb. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
***
Bu gün səhər saatlarında Bakı şəhərinin Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yanğın baş verib.
Azvision.az -ın məlumatına görə, yanğın olan 3 mərtəbəli bina Mədəniyyət Nazirliyinin tabeliyindədir. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və qısa zamanda yanğının qarşısı alınıb.
Azvision.az