Ötən il Naxçıvana 414 mindən çox turist səfər edib

Ötən il Naxçıvana 414 mindən çox turist səfər edib
  03 Aprel 2019    Oxunub:1701
Həyata keçirilmiş kompleks tədbirlərin nəticəsində Naxçıvan Muxtar Respublikasına 2008-ci ildə 219,1 min nəfər, 2010-cu ildə 287,6 min nəfər, 2018-ci ildə isə 414,7 min nəfər turist gəlib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, 2018-ci ildə muxtar respublikaya gələn turistlərin sayı 2008-ci illə müqayisədə 1,9 dəfə artıb. Bu sahədə görülən işlərin effektivliyi cari ilin ilk rübündə də qorunub saxlanılıb, muxtar respublikaya gələn turistlərin sayı son beş ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artıb.

Azvision.az


Teqlər: Naxçıvan   Turist  





Xəbər lenti