Naxçıvanda vergi borcu qeydə alınmayıb

Naxçıvanda vergi borcu qeydə alınmayıb
  03 Aprel 2019    Oxunub:2166
2019-cu ilin birinci rübündə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoz 108,8 faiz icra edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 379 min 600 manat və ya 15 faiz çox deməkdir.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin məlumatında qeyd olunub.

Daxil olmuş vəsaitlərin mənbəyinə gəldikdə isə onların 31,6 faizi dövlət sektorunun, 68,4 faizi isə özəl sektorun payına düşüb. Özəl sektor üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 865 min 200 manat və ya 29,8 faiz artıb.

Bildirilib ki, 2019-cu ilin 1 yanvar tarixindən Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə
əlaqədar olaraq məcburi dövlət sosial sığorta haqlarının və işsizlikdən sığortahaqqının hesablanmasına və ödənilməsinə nəzarət Vergilər Nazirliyinə həvalə edilib. Məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 137, işsizlikdən sığorta üzrə proqnoza isə 142,8 faiz əməl edilib. İstər vergilər, istərsə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra olunub.

Vergiödəyiciləri ilə aparılan maarifləndirmə və məlumatlandırma tədbirlərinin nəticəsidir ki, nazirlik 2018-ci ilin ikinci yarımilindən başlayaraq hər rübü vergi borcu olmadan başa vurur.

Azvision.az



Teqlər: Naxçıvan   Vergi  





Xəbər lenti