Məhkəmələrdə 70 iş üzrə bəraət hökmü çıxarılıb

   Məhkəmələrdə 70 iş üzrə bəraət hökmü çıxarılıb
  03 Aprel 2019    Oxunub:2977
2018-ci ildə ibtidai araşdırma zamanı həbsdən azad olunan şəxslərin sayı 132 nəfər olub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, bunlardan 129 nəfəri həbsdə saxlama zərurəti olmadığına görə, 1 nəfər əməlin böyük ictimai təhlükə törətməyən cinayətə tövsif edilməsi ilə əlaqədar, 2 nəfər həbsdə saxlama müddəti bitməsi ilə əlaqədar müvəqqəti saxlama yerinin müdiriyyəti tərəfindən azad olunub.

Ötən il birinci instansiya məhkəmələrinin iclaslarında yekun qərar qəbul edilmiş işlərin sayı 11 817 olub. 10 025 iş üzrə ittiham hökmü, 70 iş üzrə bəraət hökmü çıxarılıb, 1677 iş üzrə icraata xitam verilib. Birinci instansiya məhkəmələrinin iclaslarında işlərinə baxılmış şəxslərin sayı isə 14 126 olub.

Aytən Zəhra
Azvision.az



Teqlər: Statistika   Məhkəmə  





Xəbər lenti