Qazaxıstanlı rəsmilər “Yüksək Texnologiyalar Parkı”nda

Qazaxıstanlı rəsmilər “Yüksək Texnologiyalar Parkı”nda
  03 Aprel 2019    Oxunub:2899
Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, müdafiə aviasiya sənayesi naziri Askar Jumaqaliyev və digər rəsmi nümayəndələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Yüksək Texnologiyalar Parkı”nı ziyarət ediblər.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, görüş zamanı Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli qonaqlara parkın fəaliyyəti, İnnovasiyalar Agentliyinin gələcək fəaliyyəti və “Falcons Summit” haqqında məlumat verib.

Tədbirdə Azərbaycandakı "Huawei", "CISCO", "Oracle", "Lenovo", "BestComp Group" kimi beynəlxalq şirkətlər iştirak ediblər və əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparıblar.

Azvision.az


Teqlər: NRYTN  





Xəbər lenti