Məhkəmə hakimlərinin sayı 200 nəfər artırılacaq
Azvision.az - ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin imzaladığı məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanda qeyd olunur.
Ali Məhkəməyə məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlər görmək; ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətini gücləndirmək; məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmiş, sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizm yaradılması barədə təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tövsiyə edilir.
Azvision.az
Teqlər: Məhkəmə