Bakıda dizel yanacağının istehsalı artıb

  03 Aprel 2019    Oxunub : 879
Bakıda dizel yanacağının istehsalı artıb
Yanvar-fevral aylarında paytaxtda dizel yanacağının istehsalı artıb.
Azvision.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, iki ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 461,1 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə sabit qiymətlərlə 0,2 faiz çoxalıb.

Neft məhsullarından avtomobil benzininin istehsalı 4,6 faiz, yanacaq mazutunun istehsalı 21,8 faiz azalıb. Ağ neftin istehsalı 16,7 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 43,6 faiz, dizel yanacağının istehsalı isə 3,4 faiz artıb.

Azvision.az

Teqlər: Statistika   Yanacaq   Dizel