Azərbaycan Aİ ilə Şərq Tərəfdaşlığı perspektivlərini müzakirə edəcək

   Azərbaycan Aİ ilə Şərq Tərəfdaşlığı perspektivlərini müzakirə edəcək
  04 Aprel 2019    Oxunub:2460
Şərq Tərəfdaşlığı təşəbbüsünün gələcəyi aprelin 8-də, Avropa Birliyinin Brüsseldə keçiriləcək toplantısında Xarici İşlər Şurası səviyyəsində müzakirə ediləcək.
Aİ Xarici İşlər Şurasının toplantısı Aİ, ona üzv dövlətlər və 6 Şərq tərəfdaşı ölkəsinin qəbul etdiyi birgə öhdəliyin davamıdır və dörd prioritet sahə üzrə (daha güclü iqtisadiyyat, daha güclü idarəetmə, daha güclü əlaqələr, daha güclü cəmiyyət) regionda yaşayan vətəndaşlara gözəçarpan faydalar vermək məqsədi daşıyır.

Müzakirələrdə Azərbaycandan başqa 5 ölkə - Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan iştirak edəcək. Görüş zamanı Aİ və 6 tərəfdaş ölkəni təmsil edən nazirlər Şərq tərəfdaşlığının 2020-ci il üçün 20 praktiki nəticə adlı dəqiq fəaliyyət planını nəzərdən keçirəcəklər.

Toplantıda Venesuela və Əfqanıstandakı vəziyyət, eləcə də "beynəlxalq gündəmdə olan aktual məsələlər" də müzakirə ediləcək.

Şuranın növbəti toplantısı mayın 13-də Brüsseldə keçiriləcək.

2009-cu ildən etibarən icra olunmağa başlayan Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü, Avropa İttifaqı (Aİ), ona üzv ölkələr və onun altı şərq qonşusu (Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan, və Ukrayna) arasında əlaqələri gücləndirməyə yönəlmiş birgə siyasi təşəbbüsdür.

Səbinə Həsənova
AzVision.az




Teqlər:





Xəbər lenti