"Aprel döyüşlərində Ermənistan ordusu 3 günə darmadağın edildi" - Zakir Həsənov
Nazir bildirib ki, Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu 3 gündə darmadağın etdi: "Dördüncü gün ermənilər bütün gücünü bir istiqamətdə toplayaraq hücuma keçmək istədilər. Orada da bir nəticə əldə edə bilmədilər. Əksinə, məğlubiyyətə uğradılar. Onlarda heç bir güc yox idi. Bu da təbii idi. Çünki istər demoqrafiq, istər iqtisadi, istərsə də hərbi baxımdan Azərbaycanla ayaqlaşa bilmirlər. Onlarda güc də yoxdur. Bir istiqamətdə hücum etmək istədilər və nəticəsi olmadı.
Azərbaycanın 1 tankı minaya düşdü, sonra onu bərpa etdik, Ermənistan isə 33 tank itirdi. Bizdə top itkisi 1, ermənilərdə 15 oldu. Düşmənin 300-dən çox şəxsi heyəti məhv edildi, 500-dən çox yaralısı var idi. Aprel döyüşlərinin nəticəsi Ermənistan üçün faciəvi oldu. Onlar bütün siyasətləri Qarabağla bağlı milləti aldatmaqdan ibarət idi. Guya müdafiə xətti qurublar. Azərbaycan Ordusu 18 dəqiqə ərzində bu xətti yarmışdı. 18 dəqiqdən sonra onlar qaçmağa başladılar. Ondan sonra Azərbaycan Ordusu irəlilədi. Söhbət neçə kilometr irəliləməkdən getmir. Vətənin hər bir qarış torpağı bizim üçün əzizdir. İki ordu üz-üzə gəldi və Ermənistan ordusu çökdü".
Azvision.az
Teqlər: MN Aprel-döyüşləri Zakir-Həsənov