"Biz döyüşlərdə satqınları üzə çıxardıq" - Müdafiə naziri

  04 Aprel 2019    Oxunub : 5061
 "Biz döyüşlərdə satqınları üzə çıxardıq" - Müdafiə naziri
“Biz döyüşlərdə satqınları üzə çıxardıq. Onlar istisna olmaqla, bir əsgər, zabit və general tərəddüd etmədən döyüşə qalxdı”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində deyib.

"Döyüş çətin idi, çünki döyüş düşmənlə birbaşa təmasda gedirdi. Elə yerlər vardı ki, düşmənlə aramızda 50 metr məsafə vardı. Döyüş başlayanda mən Lələtəpə istiqamətində idim, komanda qərargahım cəbhənin Lələtəpə istiqamətində yerləşirdi, döyüşü oradan idarə edirdim, bütün proses mənim gözümün qarşısında baş verirdi"-,deyə nazir qeyd edib.

Nazir bildirib ki, Aprel döyüşlərində Ermənistan ordusu darmadağın oldu, Azərbaycan xalqı həmrəylik nümyiş etdirdi, vətənpərvərlik ruhu yüksəldi və Azərbaycan Ordusunda döyüş təcrübəsi artdı.

Azvision.az

Teqlər: Aprel-döyüşləri   Zakir-Həsənov