Növbəti Rusiya-Azərbaycan biznes forumu iyulda keçiriləcək

Növbəti Rusiya-Azərbaycan biznes forumu iyulda keçiriləcək
  04 Aprel 2019    Oxunub:2167
"İnanıram ki, bu gün Azərbaycan ilə Rusiya arasında keçirilmiş biznes forumun nəticələri məhsuldar olacaq".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, biznes forumun nəticələrinə uyğun olaraq iyulda Rusiya tərəfi ilə görüş keçiriləcək: "Qarşıdakı üç ay ərzində intensiv işləməklə iyul ayı üçün artıq konkret layihələr üzrə hazırlığımız yüksək səviyyədə olacaq".

Qeyd edək ki, bu gün Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun başçılıq etdiyi nümayəndə heyətinin və Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə Azərbaycan-Rusiya sənaye əməkdaşlıq forumu keçirilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Azərbaycan   Rusiya   Biznes-forum  





Xəbər lenti