“Azexport” ABŞ-da təqdim olunub

  04 Aprel 2019    Oxunub : 1321
“Azexport” ABŞ-da təqdim olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport" portalı ABŞ-ın Corc Mason Universitetində təqdim edilib.
Mərkəzdən Azvision.az -a verilən məlumata görə, portalın rəhbəri Zaur Qardaşov Corc Mason Universitetində "İstehlakçı ödənişləri və elektron maliyyə akademiyasında" mövzusunda tədbirdə Azərbaycanı təmsil edib. "Visa International" şirkətinin dəstəyi, univerisitetin təşkilatçılığı ilə reallaşan konfransda 30-dan çox ölkənin, o cümlədən, ABŞ-ın 10-dək ştatını təmsil edən yerli nümayəndələri iştirak edib.

Z.Qardaşov tədbir iştirakçılarına Rəqəmsal Ticarət Qovşağı və "Azexport" portalı barədə ətraflı məlumatlar təqdim edib.

Qeyd edək ki, portal beynəlxalq "Visa International" şirkəti ilə mütəmadi əməkdaşlıq edilir. Bu şirkətin Azərbaycanda "Apple Pay", "Google Pay" və "Samsung Pay" kimi ödəniş sistemlərinin işinin təmin edilməsi o cümlədən qeyd olunan sistemlərin və bank kartlarının nəqliyyatda alternativ ödəniş üsulu kimi istifadə edilməsi üçün qanunvericiliyin uyğunlaşdırılması, rəqəmsal platformanın hazırlanması və digər bu kimi istiqamətlərdə dəstək göstərilir.

Azvision.az

Teqlər: Azexport