Göyçayda yol tikintisinə 4,1 milyon manat ayrılıb

   Göyçayda yol tikintisinə 4,1 milyon manat ayrılıb
  05 Aprel 2019    Oxunub:2796
Prezident İlham Əliyev aprelin 5-də “Göyçay rayonunun Kürd–Şəhadət–Qarabağlar–İkinci Ərəbcəbirli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Kürd–Şəhadət–Qarabağlar–İkinci Ərəbcəbirli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azvision.az


Teqlər: Yol   İlham-Əliyev  





Xəbər lenti