Azərbaycanın ixrac missiyası Riqaya gedir

  05 Aprel 2019    Oxunub : 1606
Azərbaycanın ixrac missiyası Riqaya gedir
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası aprelin 7-də Latviyanın Riqa şəhərinə yola düşəcək.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, “Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların ixracının artırılması məqsədi ilə təşkil olunan ixrac missiyasına qida, şərab və digər spirtli içkilər, turizm və tekstil sahəsində fəaliyyət göstərən 23 Azərbaycan şirkəti daxildir.

Missiya çərçivəsində Latviya və Azərbaycan şirkətlərinin iştirakı ilə işgüzar görüşlər keçiriləcək, Azərbaycan şərablarının dequstasiya mərasimi təşkil olunacaq.

İxrac missiyası 7-10 aprel tarixilərini əhatə edəcək.

Azvision.az

Teqlər: Nazirlik   Riqa   İxrac