Toxuculuq sənayesində 2,9 dəfə artım olub

Toxuculuq sənayesində 2,9 dəfə artım olub
  06 Aprel 2019    Oxunub:2953
Bu ilin yanvar-fevral aylarında Bakıda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 20,5 milyon manat dəyərində məhsul istehsal olunub.
Azvision.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, əvvəlki ilin eyni ayları ilə müqayisədə toxuculuq sənayesində 2,9 dəfə, geyim istehsalında 50,2 faiz artım, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 85,2 faiz azalma müşahidə edilib.

Azvision.az



Teqlər: Toxuculuq  





Xəbər lenti