“Bakcell”dən Azərbaycan xalqına təbrik

“Bakcell”dən Azərbaycan xalqına təbrik
  06 Aprel 2019    Oxunub:2601
Bakcell 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir: "Bu gün Azərbaycanın on milyonuncu sakini dünyaya göz açıb. Gecə saat 03:30 radələrində Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində dünyaya göz açan körpə ölkəmizin on milyonuncu vətəndaşı adını qazanıb. Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell bu münasibətlə Azərbaycan xalqını təbrik edir. Bakcell on milyonuncu sakinimizə "xoş gəldin" deyir, ona və ailəsinə cansağlığı, uğur və xoşbəxtlik arzulayır".

Azvision.az


Teqlər: Bakcell  





Xəbər lenti