Ata və oğul qəbirstanlıqdan oğurluq etdi

Ata və oğul qəbirstanlıqdan oğurluq etdi
  08 Aprel 2019    Oxunub:1545
Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə ötən ilin oktyabr ayından cari il mart ayının 20-dək olan müddətdə Balaxanı qəsəbəsinin ərazisində yerləşən qəbirstanlıqdan 700 manat dəyərində dəmir çərçivələrin oğurlanması barədə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az - verilən məlumata görə, dərhal başlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Dostəliyev və oğlu C.Dostəliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: Oğurluq   Bakı  





Xəbər lenti