75 sahibkara "Diqlas"da yanmayan malları təhvil verilib
Bunu Azvision.az -a açıqlamasında İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev deyib.
“Malların yanğınla əlaqədar yararsız vəziyyətə düşmüş hissəsi müvafiq akt tərtib edilməklə Suraxanı rayonunda xüsusi ayrılmış anbara göndərilir. Yararlı hissəsi isə akt tərtib olunmaqla sahibkara verilir. Sahibkarlar mallarının daşınması üçün nəqliyyat vasitələri ilə təmin olunublar. Bu ana qədər 75 sahibkar artıq mallarını yanğın baş vermiş ticarət mərkəzindən çıxarıb”.
Qeyd edək ki, martın 26-da Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib. Hadisə nəticəsində ticarət mərkəzi ilə yanaşı bir sıra mağazalar yanaraq külə dönüb.
Aytən Zəhra
Azvision.az