Nazirliyin Çağrı Mərkəzinə 548 müraciət daxil olub
Hesabat dövründə Çağrı Mərkəzinə Fövqəladə Hallar Nazirliyindən qaz sızması və dəm qazı ilə bağlı 100 zəng daxil olub ki, bu zənglər operativ şəkildə “Azəriqaz” İB-nin 104, 185 və 521-33-44 saylı qaynar xətt nömrələrinə ötürülərək yaranmış vəziyyətlə bağlı məlumat verilib.
Bildirilib ki, Çağrı Mərkəzi vasitəsilə nazirliyə daxil olan bütün zəng və sorğular çevik şəkildə cavablandırılıb, araşdırma tələb edən şikayət və müraciətlər operativ şəkildə aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilib və aparılmış araşdırmaların nəticələri barədə müraciət edən şəxslərə cavab verilib.
Qeyd edək ki, vətəndaşlar Energetika Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun məsələlərlə bağlı nazirliyin (012) 598-16-55 “Qaynar Xətt” nömrəsinə və “974” qısa nömrəsinə zəng edərək Çağrı Mərkəzinin xidmətlərindən istifadə edə bilərlər.
Azvision.az
Teqlər: energetika