Azərbaycan neftinin qiyməti 73 dolları ötüb

   Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
  09 Aprel 2019    Oxunub:1735
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar ucuzlaşaraq 71,01 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,04 dollar artaraq 64,44 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,10 dollar artaraq 73,04 dollar təşkil edib.

Azvision.az



Teqlər: Neft  





Xəbər lenti