Yaxın Şərqin turizm nümayəndələri Bakıya gələcək

Yaxın Şərqin turizm nümayəndələri Bakıya gələcək
  09 Aprel 2019    Oxunub:1919
Azərbaycanın Yaxın Şərq regionunda turizm potensialının tanıdılması və qarşılıqlı turizm əlaqələrinin genişləndirilməsi məqsədilə 9-12 apreldə Səudiyyə Ərəbistanından, 14-18 apreldə isə BƏƏ-dən mədəniyyət və istirahət turizmi üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələri ölkəmizə səfər edəcəklər.
Azərbaycan Dövlət Turizm Agentliyindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə baş tutacaq tanışlıq səfəri çərçivəsində Səudiyyə Ərəbistandan ümumilikdə 10, BƏƏ-dən 14 xarici şirkət iştirak edəcək. Səfərlər zamanı yerli turizm şirkətləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə tanışlıq görüşü təşkil olunacaq.

Tədbirlərdə Azərbaycanın turizm potensialı haqqında geniş təqdimatlar keçiriləcək.

Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən Səudiyyə Ərəbistanın Ər-Riyad, BƏƏ-nin Dubay şəhərlərində ölkəmizin rəsmi turizm nümayəndəlikləri fəaliyyət göstərir.

Azvision.az


Teqlər: turist  





Xəbər lenti