“Azəriqaz” abunəçilərinin sayı 2,2 milyonu ötüb

“Azəriqaz” abunəçilərinin sayı 2,2 milyonu ötüb
  10 Aprel 2019    Oxunub:1711
Bu ilin birinci rübü ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 29 972 yeni abonent qeydiyyata alınıb ki, bunun da 13 595-i Bakı, Abşeron və Sumqayıt, 16 377-i isə regionlar üzrədir.
Azvision.az -ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Bundan başqa, Bakı şəhəri və ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərmişdir. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 213 647-ə çatıb.

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti