Azot gübrəsi Masallı və Lerikdə güzəştlə satılacaq
Növbəti səyyar satış aprel ayının 12-də Masallı rayonunun Həsənli kəndində, aprel ayının 13-də Lerik rayonunun Nodada kənd inzibati ərazi nümayəndəliklərinin binasında keçiriləcəkdir. Bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər. Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.
Səyyar satış barədə ətraflı məlumat almaq üçün, Masallı rayonu üzrə +9940502871212 (Seymur Nuriyev Masallı Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), Lerik rayonu üzrə +9940506775125 (Mahmud Zahidov Lerik Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru) ilə əlaqə saxlaya bilərlər.
Azvision.az
Teqlər: KTN