Naxçıvanda idxal 32,1 faiz azalıb

   Naxçıvanda idxal 32,1 faiz azalıb
  12 Aprel 2019    Oxunub:1901
2009-cu ildən 1 mart 2019-cu il tarixədək muxtar respublikada bütün sahələrin inkişafına 8 milyard 717 milyon 667 manat vəsait yönəldillib ki, bunun da 7 milyard 841 milyon 919 min manatı tikinti-quraşdırma işlərinin payına düşüb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, 2019-cu ilin fevral ayının sonuna muxtar respublikada 383 növdə məhsul istehsal olunub ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilib.

Məhsul istehsalı əhali gəlirlərinin artımını təmin etməklə yanaşı, xidmət sektorunun da inkişafına imkan yaradıb. Belə ki, 2019-cu ilin yanvar-fevral aylarında nəqliyyatsektorunda yük daşınması 2009-cu ilin müvafiq dövründəki göstəricidən 62,5 faiz, informasiya və rabitə xidmətləri 2,3 dəfə, pərakəndə əmtəə dövriyyəsi 3,6 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlər 2,8 dəfə artıb. Müqayisə olunan dövrdə yerli istehsalın inkişafını xarakterizə edən digər bir göstərici kimi ixrac 10,2 dəfə artıb, idxal isə 32,1 faiz azalıb.

Azvision.az


Teqlər: Naxçıvan   İdxal   İxrac  





Xəbər lenti