Metro qatarları ölkədə təmir olunacaq

  13 Aprel 2019    Oxunub : 1230
Metro qatarları ölkədə təmir olunacaq
2017-ci noyabrdan indiyədək 15 vaqon 3 qatar əsaslı təmir olunaraq istifadəyə verilib.
Azvision.az xəbər verir ki, bunu "Bakı Metropolitenin" Vaqonların əsaslı təmiri xidmətinin rəisi Kamran İmayılov deyib. O bildirib ki, buna qədər qatarlar ölkədə əsaslı təmir olunmurdu: "2013-2015-ci illərdə 30 vaqon 5 qatarı Gürcüstana təmirə göndərmişdik. Orada 5 qatarı əsaslı, 1-ni isə orta təmir etmişdilər".

Xidmət rəisi qeyd edib ki, artıq qatarların təmiri üçün vaqonların əsaslı təmir sexi var: "Bu işdə məqsədimiz dövlət vəsaitini daxildə saxlamaq, yeni kadrlar yetişdirməkdir. Gələcəkdə qatarların sayı artdıqca, əsaslı təmirlərə daha çox ehtiyac olacaq".

K.İsmayılov qeyd edib ki, hər bir qatar 2 milyon 800 min kilometr hərəkət etdikdən sonra əsaslı təmirə dayanmalıdır.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Metro