20566 fermer elektron qeydiyyatdan keçib

  15 Aprel 2019    Oxunub : 544
20566 fermer elektron qeydiyyatdan keçib
Fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatı prosesi davam edir. Aprelin 15-dək respublika üzrə 20,566 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil ediblər.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hazırda sistemdə qeydiyyatda olan fərdi təsərrüfatların sayı 20,626-ya çatıb. Ümumilikdə yeni sistemə 22,668 torpaq sahəsi barədə məlumat daxil edilib. Fermerlərdən 16,362 nəfər sahib olduqları torpaq sahələri barədə məlumatları EKTİS-ə Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi Dövlət Aktı, 4,485 nəfər çıxarış, 291 nəfər icarə sənədi, 25 nəfər vərəsəlik şəhadətnaməsi əsasında daxil edib. Digər fermerlər ilkin mərhələdə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi qeyd etməyiblər.

EKTİS-də ən çox Biləsuvar, SalyanŞəki rayonlarından olan fermerlər qeydiyyatdan keçib. Biləsuvarda 2429, Salyanda 2162, Şəkidə 2019 fermer sahib olduğu torpaq sahəsi və bu il əkdiyi məhsul barədə məlumatları yeni sistemdə bəyan edib.

Qeyd edək ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən pilot rayon olaraq seçilmiş Quba, ŞəkiSabirabad rayonlarında fermerlər arasında maarifləndirmə işləri aparılıb, EKTİS sistemi ilə bağlı informasiya-məsləhət xidməti göstərilib.

Fermerlərə informasiya-məsləhət xidmətinin göstərilməsində Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri aktiv iştirak edirlər. Könüllülərə EKTİS sisteminə məlumatların daxil edilmə ardıcıllığı ilə bağlı xüsusi təlimlər keçirilir. Yeni sistemdə qeydiyyatdan keçməmiş fermerlər məsləhət xidməti almaq üçün yaşadıqları rayonda Dövlət Aqrar İnkişaf Mərkəzlərinə və ərazi üzrə ASAN Xidmət Mərkəzlərinə müraciət edə bilərlər.

EKTİS sisteminin tətbiqinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Artıq Quba, ŞəkiSabirabad “ASAN xidmət” Mərkəzlərində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb. Səyyar ASAN xidmət avtobuslarında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən maarifləndirmə prosesi çərçivəsində fermerlərə informasiya məsləhət xidməti göstərilir.

Qeyd edək ki, aprelin 15-dən etibarən Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları və Aqrar İnkişaf Könüllüləri Bərdə, Tərtər, Ağdam, Ağcabədi, FüzuliYevlax rayonlarında EKTİS sisteminin tətbiqi ilə əlaqədar maarifləndirmə işləri aparırlar. Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzində prosesdə iştirak edən DAİM-lərin əməkdaşlarına və könüllülərə təlimlər keçirilir, daha sonra kəndlərdə EKTİS-in tətbiqinə başlanacaq.

Azvision.az

Teqlər: KTN