Neftin qiyməti ucuzlaşır

  16 Aprel 2019    Oxunub : 463
Neftin qiyməti ucuzlaşır
Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,26 dollar geriləyərək 70,92 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,13 dollar ucuzlaşaraq 63,27 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,55 dollar geriləyərək 73,58 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft