Bakıda intellektual nəqliyyat sistemi müzakirə olunur
Seminar çərçivəsində 4 sessiya və 1 “dəyirmi masa”nın təşkili nəzərdə tutulub. Seminarın ilk günü “İntellektual nəqliyyat sistemində strateji aspektlər”, “Beynəlxalq əməkdaşlıq və beynəlxalq nəqliyyat sisteminin inkişafı üçün İKT-nin uğurlu istifadəsi” sessiyaları keçirilib.
Qazaxıstanın Mühəndislik və İqtisadiyyat Universitetinin, Qlobal İnformasiya Məkanı İnstitutunun, Ukrayna Şəbəkə İnformasiya Mərkəzinin, ABŞ-ın “Intel” korporasiyasının, “Nokia” şirkətinin nümayəndələri məruzələrlə çıxış ediblər. Aprelin 17-də seminar öz işini “İntellektual nəqliyyat sistemində texniki məsələlər” və “Normativ-hüquqi suallar” sessiyaları ilə davam etdirəcək.
Sessiyalarda müvafiq olaraq intellektual ictimai nəqliyyat sisteminin strateji inkişafında dövlətin rolu, sahə standartları, yeni nəsil intellektual sistemləri və onların inkişafında beynəlxalq tendensiyalar müzakirə olunur. Eyni zamanda, intellektual nəqliyyat sisteminin inkişafı üçün üzv dövlətlərin İKT-dən istifadə təcrübəsi, eləcə də ödəmə sistemlərinin quruluşu, ictimai nəqliyyatın idarəetməsi üçün innovativ texnoloji məsələlər ətrafında fikir mübadiləsi aparılır.
Azvision.az
Teqlər: Nəqliyyat