Pul qabından marixuana çıxdı

Pul qabından marixuana çıxdı
  16 Aprel 2019    Oxunub:1950
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşına məxsus əl çantası rentgendən keçirilərkən monitorda şübhəli təsvirlər müşahidə olunub.
Komitədən Azvision.az -a verilən məlumata görə, bundan sonra gömrükçülər tərəfindən həmin vətəndaşın əl çantasına baxış keçirilib.

Baxış zamanı çantadakı pul qabının içərisində gömrük orqanına bəyan olunmayan 2 ədəd bükülüdə 1 qram narkotik vasitə -marixuana aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Marixuana   DGK  





Xəbər lenti