“Azeri Light”ın qiyməti 74 dollara çatır

  17 Aprel 2019    Oxunub : 531
“Azeri Light”ın qiyməti 74 dollara çatır
Dünya birjalarında neftin qiyməti yenidən bahalaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,31 dollar artaraq 72,03 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,48 dollar bahalaşaraq 64,53 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,20 dollar artaraq 73,78 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft