Müasir çağrı mərkəzlərinin təşkili müzakirə edilib

Müasir çağrı mərkəzlərinin təşkili müzakirə edilib
  17 Aprel 2019    Oxunub:2219
Bu gün Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnnovasiyalar Agentliyinin təşkilati dəstəyi ilə sistem inteqratoru “Kibrit.tech” MMC tərəfindən “Müasir çağrı mərkəzlərinin təşkili” mövzusunda konfrans keçirilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, kofransın təşkilində məqsəd çağrı mərkəzlərinin fəaliyyətinin qurulması sahəsində təcrübə mübadiləsinin təmin edilməsidir.

Tədbirə müxtəlif dövlət qurumlarının və özəl şirkətlərin nümayəndələri qatılıblar. Konfransda Vergilər Nazirliyinin Çağrı Mərkəzinin, “Digital Services Company” MMC-nin, “AVAND Technology” MMC-nin və “Tandem” MMC-nin müştəri xidmətləri üzrə mütəxəssisləri çıxış ediblər.

Çıxışlarda çağrı mərkəzlərinin müsbət rolundan danışılıb, onların düzgün və peşəkar şəkildə təşkilinin vacibliyi vurğulanıb. Çıxışçılar, eyni zamanda, bu sahədə tətbiq olunan yenilikləri diqqətə çatdırıblar.

Sonda “Kibrit.Tech” MMC tərəfindən çağrı mərkəzlərinin işinin düzgün qurulması üçün vacib alət olan “Orangeline” Çağrı Mərkəzi İdarəetmə Sistemi nümayiş etdirilib. Konfrans iştirakçıları canlı rejimdə daxil olan müraciət və sorğuların real vaxtda qəbul, qeydiyyat və emalı prosesini izləyiblər.

Azvision.az


Teqlər: NRYTN   Əməkdaş  





Xəbər lenti