Füzulidə yem emalı müəssisəsi istifadəyə verilib

  18 Aprel 2019    Oxunub : 925
Füzulidə yem emalı müəssisəsi istifadəyə verilib
Füzulinin Alxanlı kəndində Azərbaycan və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə reallaşdırılan "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində yem emalı müəssisəsi istifadəyə verilib.
İqtisadiyyat Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bununla bağlı nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov, Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Süleyman Əliyev və SEDA layihəsinin nümayəndələri regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrasının, yem emalı müəssisəsinin istifadəyə verilməsinin aqrar sektorda mikro və kiçik sahibkarlığın inkişafında, heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətin genişləndirilməsində, yemə olan tələbatın ödənilməsində və məşğulluğun artırılmasında əhəmiyyətli olduğunu qeyd ediblər.

Yem emalı müəssisəsində istehsal sahəsi və anbar inşa olunub, müvafiq avadanlıqlar quraşdırılıb. Alxanlı ilə yanaşı, ətraf kəndlərdə yaşayan sakinlər də yem emalı müəssisəsindən istifadə edə biləcəklər. Birgə layihə çərçivəsində bu günədək 14 rayonda 25 yem emalı müəssisəsi istifadəyə verilib.

Tədbirdə kənd sakinləri yemə olan tələbatın ödənilməsi, heyvandarlığın inkişafı baxımından yem emalı müəssisələrinin əhəmiyyətli olduğunu vurğulayıblar.

Azvision.az

Teqlər: Yem   Zavod