“Azeri Light”ın qiyməti 74 dolları ötüb

  19 Aprel 2019    Oxunub : 749
 “Azeri Light”ın qiyməti 74 dolları ötüb
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,35 dollar artaraq 71,97 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,24 dollar bahalaşaraq 64 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar artaraq 74,5 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft