Bill Qeytsin varidatı 100 milyard dolları ötüb

  19 Aprel 2019    Oxunub : 1217
 Bill Qeytsin varidatı 100 milyard dolları ötüb
"Microsoft" şirkətinin rəhbəri Bill Qeytsin varidatı 100 milyard dolları ötüb.
Azvision.az xəbər verir ki, "Forbes" jurnalının yaydığı məlumata əsasən, bu göstərici 1999-cu ildən sonra ilk dəfə qeydə alınıb. Belə ki, Bill Qeytsin varidatı kompaniyanın səhmlərinin bahalaşması sayəsində pik həddə çatıb.

Qeyd edək ki, hazırda Qeytsin varidatı 100,61 milyard dollar həcmində qiymətləndirilir. O, dünyanın ən varlı insanları siyahısında ikincidir. Birinci yerdə 152,95 milyard dollar sərvəti olan "Amazon" şirkətinin sahibi Ceff Bezos qərarlaşıb.

Azvision.az

Teqlər: BillQeyts