Nazirlik kompensasiyaların ödənişi üçün pul ayırıb

   Nazirlik kompensasiyaların ödənişi üçün pul ayırıb
  22 Aprel 2019    Oxunub:2856
Fiziki şəxslərin problemli kreditləri ilə bağlı kompensasiyaların ödənişi üçün ilk maliyyələşmə tranşı həyata keçirilib.
Maliyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası olaraq aprelin 19-da Maliyyə Nazirliyi tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdimatı əsasında bankların, ləğvetmə prosesində olan kredit təşkilatlarının və bank olmayan kredit təşkilatlarının Mərkəzi Bankdakı hesablarına ilk tranş ayrılıb.

Azvision.az


Teqlər: Maliyyə   Kredit  





Xəbər lenti