Naxçıvanda sahibkarlara 6 milyona yaxın kredit verilib
Qeyd olunub ki, kreditlərdən 2 milyon 530 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 3 milyon 379 min 800 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 10 hüquqi və 1334 fiziki şəxs qeydiyyata alınıb.
Muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bu məhsulların 126 növü ərzaq, 257 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib.
Azvision.az