Prezident Pekində görüşlər keçirdi - FOTOLAR (Yenilənib)
İnformasiya-kommunikasiya texnologiyalarının inkişafının Azərbaycanda prioritet sahələrdən olduğunu deyən dövlətimizin başçısı son illərdə bu sektorun inkişafı üçün xeyli işlərin görüldüyünü, bu sahəyə investisiyaların yatırıldığını, xarici tərəfdaşlarla əlaqələrin genişləndiyini dedi. Prezident İlham Əliyev "ZTE" Korporasiyası ilə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı.
Prezidenti İlham Əliyev həmçinin Pekində “CETC International” Korporasiyasının baş direktoru Vu Mançin ilə görüşüb. Görüşdə Vu Mançin “CETC International” Korporasiyasının Çinin radioelektronika sahəsində ixtisaslı şirkətlərindən olduğunu deyərək, bu sahədə uzun illərdir uğurla fəaliyyət göstərdiklərini bildirdi. O, bu sahədə Azərbaycan ilə əməkdaşlıq qurduqlarını və bundan məmnun qaldıqlarını vurğuladı, əlaqələrin inkişaf etdiyini bildirdi.
Ölkələrimiz arasında dostluq əlaqələrinin mövcud olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır. Dövlətimizin başçısı artıq Çinin bir çox şirkətlərinin timsalında yaxşı tərəfdaşlığın yarandığını bildirdi və Azərbaycanda xarici şirkətlər üçün geniş fəaliyyət sahəsinin olduğunu qeyd etdi.
Azvision.az
Teqlər: İlham-Əliyev Prezident