Mərkəzi Bankdan yeni 10 manatla bağı açıqlama
Hazırda Mərkəzi Bank tərəfindən tədavülə 10 manatlıq əsginas üzrə ümumi dövriyyənin 0,5 faiz həcmində yeni 10 manatlıq pul nişanı buraxılıb. Bu say kredit təşkilatları, poçt rabitəsinin milli operatoru və qeyri-bank ödəniş təşkilatlarına məxsus nağd ödəniş avadanlıqlarının adaptasiyası üçün yetərlidir.
Hazırda qeyd edilmiş təşkilatlar tərəfindən müvafiq adaptasiya işləri ilə bağlı tədbirlər görülür və müvafiq sistemlərin uyğunlaşdırılmasının cari ilin may ayının sonlarınadək tam yekunlaşdırılması nəzərdə tutulur.
Azvision.az
Teqlər: