Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb

   Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb
  25 Aprel 2019    Oxunub:2198
2019-cu il mart ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,0 faiz artaraq 8 milyard 213,9 milyon manat təşkil edib.
Rəsmi statistikaya əsasən, əmanətlərin 59,4 faizi xarici, 40,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 13,5 faiz, xarici valyutada əmanətlər isə 1,4 faiz artıb.

2019-cu il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli isə milli valyuta ekvivalentində 12 milyard 974,6 milyon manat təşkil edib. Ümumi kredit portfelinin 10 milyard 379,6 milyon manatı və ya 80,0 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 97,3 faizi banklar, 2,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 581,0 milyon manat olub və ümumi kredit portfelinin 12,2 faizini təşkil edib.

Azvision.az



Teqlər: Bank   Kredit  





Xəbər lenti